Kitabxana haqqında
Gözdən Əlillər üçün
Respublika kitabxanası
1981-ci il iyunun 1-də
Azərbaycan Korlar Cəmiyyətinin təşəbbüsü ilə
həmin Cəmiyyətin
tabeliyində «Mərkəzi
Respublika Korlar Kitabxanası» kimi fəaliyyətə başlamışdır.
Kitabxanın vəzifəsi I və II qrup gözdən əlillərə
kitabxana - informasiya xidməti göstərməkdir.Oxucuların tam fiziki imkansız olanlarına səyyar kitabxana xidməti göstərilir.
Kitabxananın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar),
audiokassetlər, CD-lər
və dövri mətbuat təşkil edir. Fondunu 7712 nüsxə ədəbiyyat
təşkil edən kitabxananın 1061 nəfər
oxucusu vardır. Oxucuların böyük əksəriyyətinin kassetləri
oxutdurmaq üçün
xüsusi və yaxud adi maqnitofonu
vardır. Yarandığı gündən 1992-ci ilədək kitabxananın
fondunu elə cəmiyyətin tabeliyində
fəaliyyət göstərən
səsyazma studiyasında
lentə alınmış
rulonlar, Ümumrusiya Korlar cəmiyyətinin «Loqos» səsyazma studiyasından və Ukrayna Korlar Jəmiyyətinin səsyazma
studiyasından alınmış
rulonlar və Brayl kitabları təşkil edirdi.
SSRİ dağıldıqdan sonra siyasi iqtisadi
vəziyyətlə əlaqədar
fonda heç bir kitab daxil
olmamışdır.
Belə bir şəraitdə, yəni
1994-cü il yanvarın
1-dən etibarən kitabxana
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və «Respublika Korlar kitabxanası» adlanmışdır.
1999-cu ildən başlayaraq
Rusiya ilə əlaqələr bərpa
olunmuş, yeni kitablar əldə edilmişdir. 2002-ci ildən
isə Azərbaycan Gözdən Əlillər
Cəmiyyətində yaradılmış
studiyada milli dildə kitab yazılışına, 2006-cı ildən isə yeni yaradılmış tipoqrafiyada Brayl şrifti ilə azərbaycan dilində kitabların çapına
başlanmışdır.
2004-cü ilin sonunda kitabxananın əsaslı
təmiri başlanmış,
2005-ci ildə isə təmirdən sonra təntənəli açılışı
olmuşdur. Təmir zamanı kitabxana yeni texniki avadanlıqlarla
təchiz olunmuş, həmçinin müasir səsyazma studiyası yaradılmışdır.
20 nəfər işçisi
olan kitabxana Bakı şəhəri,
2-ci Sülh döngəsi,
ev 2 ünvanında